Vaxt.Az

Avropada norovirus xəbərdarlığı


 

Yoluxmalar təhlükəli səviyyədə artır

Avropada norovirus xəbərdarlığı Avropada norovirusa yoluxma hallarında artım müşahidə olunur və mütəxəssislər gigiyena qaydalarına ciddi riayət olunmasının vacibliyini vurğulayırlar.

Bu ilin əvvəlində Almaniyanın Şimali Reyn-Vestfaliyada bölgəsində sürətlə yayılan Norovirus Dortmundda da yoluxmaların sayının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. “Robert Koch” İnstitutunun (RKI) və “AOK NordWest”in məlumatlarına görə, halların sayı 2023-cü ildəki 390 yoluxma 2024-cü ildə 582-yə yüksəlib.

***

2025-ci ilin ilk iki ayında Dortmundda 200 Norovirus hadisəsi qeydə alınıb. Bu rəqəm 2024-cü ilin eyni dövründə 161 olaraq qeydə alınmışdı. RKI məlumatlarına görə, 20 aprel 2025-ci il tarixinə təkcə Dortmundda 328 yoluxma qeydə alınıb. Xüsusilə körpələr evi, qocalar evləri və xəstəxanalar kimi ümumi yerlərdə virusun sürətlə yayıla biləcəyi vurğulanıb.

Bildirilib ki, virus əsasən insandan insana və ya çirklənmiş səthlər vasitəsilə ötürülür. Tipik simptomlara ürəkbulanma, qusma, ishal və qarın, baş ağrısı və əzələ ağrısı daxildir.

***

Norovirus infeksiyası olan insanlara çoxlu maye içmək, yataqda dincəlmək, yüngül yeməklər yemək tövsiyə olunur. Beş yaşdan kiçik uşaqlar və yaşlılar xüsusilə diqqətli olmalıdırlar, çünki susuzlaşdırma səbəbindən ciddi sağlamlıq problemləri ola bilər. Yoluxmuş şəxslər simptomlar azaldıqdan sonra ən azı iki gün ərzində sosial təması azaltmalı və yalnız şəxsi gigiyena vasitələrindən istifadə etməlidirlər.

Əllərin sabunla yaxşıca yuyulmalı, təsirli dezinfeksiyaedici vasitələrdən istifadə edilməli və səthlər mütəmadi olaraq təmizlənməlidir. Həmçinin qidaların yaxşı yuyulması, yaxşıca bişirilməsi, qabların isti su ilə yuyulması və paltarların ən azı 60 dərəcədə yuyulması tövsiyə olunub. Bildirilib ki, viruslar simptomlar keçdikdən sonra da bədəndən 14 günə qədər xaric ola biləcəyi üçün gigiyena qaydalarına uzun müddət riayət etmək lazımdır.

 





28.04.2025    çap et  çap et