Oxu.Az hadisənin səbəbini və təfərrüatını araşdırıb.
Böyükşor bulvarındakı attraksionun sahibi Mehman İsmayılov açıqlamasında vurğulayıb ki, hadisə zamanı ərazidə heç bir uşaq olmayıb və xoşbəxtlikdən xəsarət qeydə alınmayıb.
“Bəli, belə bir hadisə baş verib. Xəsarət alan olmayıb. Külək qəfil sürətləndiyi üçün batutun boşaldılmasına vaxt çatmadı. Çünki batutun boşalması üçün ən azı yarım saat vaxt tələb olunur.
Təbii ki, təhlükəsizlik üçün batut bir neçə hissədən yerə bərkidilib. Lakin külək qəfil gücləndiyi üçün bağları qoparıb və nəticədə belə bir hal yaşanıb. Bu, fövqəladə hal idi”, – deyə M.İsmayılov bildirib.