Şirkət buna səbəb kimi Şərqi Avropadakı şirkətlərin gərgin rəqabətini və Almaniyada ümumi iqtisadi şəraitin və bazar iqtisadiyyatının pisləşməsini göstərib.
***
Beləliklə, tikinti sektorunda böhran davam edir. Bu yaxınlarda “Bosch” texnologiya qrupunun tikinti maşınları bölməsi Almaniyada iki– Saksoniya “Sebnitz” və Ştutqartdakı “Leinfelden-Echterdingen” zavodlarının bağlandığını elan etdi .
Keçən il ölkədə on il ərzində heç vaxt olmadığı qədər şirkət müflis oldu. Federal Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə 2023-cü illə müqayisədə iflasların sayı 16,8 faiz artıb. Qurum qeyd edib ki, ən çox iflaslar nəqliyyat və anbar, tikinti və yerləşdirmə sektorlarında baş verib.