Vaxt.Az

Konklav mayın 7-də başlayacaq


 

90 səs toplayan kardinal növbəti Papa elan olunacaq

Konklav mayın 7-də başlayacaq Vatikanda Katolik Kilsəsinin yeni papasını müəyyənləşdirmək üçün seçkilərin (Konklav) başlayacağı tarix açıqlanıb.

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin aprelin 21-də vəfat etməsindən sonra Katolik Kilsəsində bütün gözlər kimin 267-ci Papa olacağına yönəlib.

Vatikanın rəsmi nəşri “Vatican News”da yer alan xəbərə görə, Papa Fransis və Konklavın dəfn mərasimi üçün Romaya gələn kardinallar bu səhər bir yığıncaq keçirib.

İclasda iştirak edən kardinallar Konklavın mayın 7-də Vatikanın Sikstin kapellasında başlamasına qərar verdilər.

Buna uyğun olaraq, Papa Fransis aprelin 21-də vəfat etdikdən sonra Vatikan kilsə qanunlarına uyğun olaraq “Sede Vacante” (latınca "”boş vəzifə”) elan etdi və 26 apreldə dəfn mərasimindən sonra 9 günlük matəmin sonunda yeni papanın müəyyən edilməsi prosesi mayın 7-də başlayacaq.

Konklavın hazırkı dekanı kardinal Covanni Battista Renin sədrlik edəcəyi Konklavda yaşı 80-dən aşağı olan 135 kardinalın iştirak edəcəyi gözlənilir.

Qaydalara görə, seçkilərdə üçdə iki səs, yəni 90 səs toplayan kardinal bu vəzifəni qəbul edəcəyi təqdirdə yeni Roma Papası elan ediləcək və 1,4 milyardlıq katolik dünyasının yeni ruhani lideri və Vatikanın dövlət başçısı olacaq.

 





28.04.2025    çap et  çap et