Vaxt.Az

“Günahkarlar tapılıb”


 

Bəndər-Abbas limanında partlayışın səbəbi açıqlandı

“Günahkarlar tapılıb” Bəndər Abbas şəhərindəki İranın Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi səhlənkarlıq olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyi xəbər yayıb. Qeyd olunur ki, hadisədə günahkarlar tapılıb. Hazırda araşdırma aparılır.

Xatırladaq ki, aprelin 26-da Fars körfəzi sahilindəki dəniz limanı ərazisində təhlükəli yüklər və kimyəvi maddələr anbarında partlayış baş verib. Yanacaq çəni partlayıb, bundan sonra hadisə yerində yanğın başlayıb və limanın binalarından biri uçub. Şahidlərin sözlərinə görə, partlayışı Bəndər Abbas və Keşm adası sakinləri hiss ediblər. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb. Yüzlərlə insan xəsarət alıb, onlarla insan həlak olub.

 





28.04.2025    çap et  çap et