Vaxt.Az

Yükdaşımalar perspektiv vəd edir


 

Ticarət dövriyyəsində 619 milyardlıq mənfi saldo var

Yükdaşımalar perspektiv vəd edir Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşündə İki ölkə arasındaki iqtisadi münasibətlər, o cümlədən nəqliyyat və infrastruktur imkanları müzakirə olundu.

Son illər ölkələrarası ticarət dövriyyəsində artımlar müşahidə olunur. Bütövlükdə, ticari əlaqələrdə son dövrlərin ən aşağı dövriyyəsi 2020 və 2021-ci illərə təsadüf edilir. 2020-ci ildə ölkələr qarşılıqlı münasibətdə 18.4 milyon dollarlıq dövriyyəyə malik olublar.

2021-ci ildə bu rəqəm 61.8 milyon dollaradək yüksəlsə də bu dövriyyə də müqayisəli şəkildə yüksək olmayıb. Bununla belə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2022-ci ildə 426 milyon dollar, 2023-cü ildə isə 402 milyon dollar olub.

Ötən il isə ölkələr arası ticarət dövriyyəsi 647 milyon dollaradək yüksəlib. Bu o deməkdir ki, Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsi ötən il 38 faiz artıb. Onun 633 milyon dolları İrandan idxal, cəmi 14 milyon dolları isə ixrac olub. Bu o deməkdir ki, ötən il qarşılıqlı ticarət dövriyyəsində 619 milyon dollarlıq mənfi saldo qeydə alınıb.

Bütün bunlarla yanaşı, ölkələrin nəqliyyat dəhlizlərinin genişlənməsində, xüsusən də Şimal-Cənub Nəqliyyat dəhlizində əməkdaşlığı dərinləşdirmək potensialı kifayət qədər yüksəkdir. Avropanın şimalından Hindistana qədər uzanan bu nəqliyyat dəhlizi ölkələrin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirləri kəskin artıra bilər. Bu isə, region üçün yeni imkanlar deməkdir.

 





28.04.2025    çap et  çap et