ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, təyyarəni anqara aparmaq istəyən evakuatorun da dənizə düşdüyü, yedəkləmə əməliyyatını yerinə yetirən personalın xoşbəxtlikdən təyyarə dənizə düşməzdən əvvəl qəza yerindən sağ-salamat uzaqlaşdığı bildirilib.
Açıqlamada bildirilir ki, təyyarənin bağlı olduğu “Harry S. Truman Carrier Strike Group” və gəmidə yerləşdirilmiş hava qanadı tam missiya qabiliyyətini qoruyur.
***
Hərbi Dəniz Qüvvələrindən verilən məlumata görə, qəza zamanı “Harry S. Truman” təyyarədaşıyan gəmisi Qırmızı dənizdə üzürmüş.
***
Yəməndəki husilər ABŞ-ın təyyarədaşıyan “USS Harry S. Truman” gəmisinə və İsrailin Askalan bölgəsindəki hədəfə hücum etdiklərini açıqlayıblar.
Husilərin hərbi sözçüsü Yəhya Seri verdiyi açıqlamada, Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan “USS Harry S. Truman” gəmisinə və döyüş gəmilərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirdiklərini bildirib.
Səri əməliyyatın dəniz, pilotsuz uçuş aparatları (PUA) hava qüvvələri və raket qüvvələri tərəfindən birgə həyata keçirildiyini qeyd edib.
ABŞ-ın təyyarədaşıyanına hipersonik ballistik raketlərlə hücum etdiklərini bildirən Seri, təyyarə gəmisi və ona bağlı döyüş gəmiləri ilə də qarşıdurmaların olduğunu vurğuladı.
Seri, sözügedən hücumların ABŞ qüvvələrinin Yəməndə mülki şəxslərə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq həyata keçirildiyini vurğulayıb.