Vaxt.Az

Molla qiyafəli fars şovinistləri


 

Rejimin səlahiyyətliləri ucdantutma türk düşmənləridir

Molla qiyafəli fars şovinistləri “2024-cü ilin iyulunda Böyük Britaniyada yerləşən müxalifət mediası Tehranın Ermənistana kamikadze dronlar da daxil olmaqla 500 milyon dollar dəyərində silah satdığını iddia edən xəbər yayıb. Anonim mənbələrə istinad edilən hesabatda İran və Ermənistanın kəşfiyyat məlumatlarının mübadiləsi və erməni torpaqlarında İrana məxsus hərbi bazaların yaradılması da daxil olmaqla hərbi əməkdaşlıq edildiyi iddia edilib”. İranın “The Tehran Times” qəzeti belə yazır.

Müxalifət mediası deyəndə İrana bağlı mühacirlərin media orqanı olan “Iran International” nəzərdə tutulur. Farsdilli televiziya və ingilisdilli sayta malik “Iran International ” molla rejimini kəskin şəkildə tənqid edir.

“The Tehran Times” yazır ki, 500 milyonluq silah alveri ilə bağlı məlumat Səudiyyə Ərəbistanı və İsrailin sifarişi ilə ortaya çıxıb.

Azərbaycan xalqı yaxşı bilir ki, ölkəmiz müstəqillik qazanandan bəri İran Azərbaycana qarşı düşmənçilik siyasəti yeridib və bütün vasitələrlə Ermənistanın yanında olub.

Əlbəttə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfərini hamımız alqışlayırıq. Ancaq onu da dəqiq bilirik ki, Məsud bəyin səlahiyyəti olsa, Azərbaycanla İran arasında zərrə qədər də problem olmaz. Məsələ ondadır ki, İranda hökmü molla rejimi qiyafəsində olan fars şovinistləri verir. Onlar isə türklə düşməndir.

 





29.04.2025    çap et  çap et