Vaxt.Az

İçindən zəhərli hörümçək çıxdı


 

Banan alarkən diqqətli olun!

İçindən zəhərli hörümçək çıxdı Marketdən banan alan ailə içindəkiləri görəndə dəhşətə gəlib. Kiçik qızın qışqırmasından ailə xəbər tutub.

Hadisə Avropada baş verib. Tətildə olan ailə Dünyaca məşhur supermarketdən alış-veriş edib. Aldi adlı supermarketdən alış-veriş edən Kristofer Kirk qablaşdırılmış banan alıb.

Onların 2 yaşlı qızı evdə banan yemək istəyəndə qəfil qışqırıb. Bananın içindən nəhəng bir hörümçək çıxıb. Kristofer Kirk banan bağlaması ilə mağazaya gedərək vəziyyəti mağaza işçilərinə çatdırıb və yenisini istəyib.

***

8 ayaqlı həşəratın növünü öyrənmək istəyən Kristofer Kirk hörümçəyin Asiyada tapılan ən zəhərli Ovçu Hörümçək olduğunu öyrənib.

 





29.04.2025    çap et  çap et