Vaxt.Az

Kanada ordusuna qaz basqını


 

“Yaxınlaşmaq, toxunmaq və qidalandırmaq olmaz”

Kanada ordusuna qaz basqını Kanada Müdafiə Nazirliyi (DND) Ottavadakı qərargahında şəxsi heyətinə ciddi xəbərdarlıq edib. Nazirlik hərbi və mülki işçiləri əraziyə soxulmuş yerli Kanada qazlarının aqressiv davranışlarına qarşı diqqətli olmağa çağırıb.

“Ottawa Citizen” qəzetinə görə, DND sözçüsü Nik Drescher Brown tərəfindən işçilərə göndərilən e-poçt xəbərdarlığında qazlara yaxınlaşmaq, onlara toxunmaq və qidalandırmaq olmaz.

Xəbərdarlıqda qazların xüsusilə yuvalama dövründə təhlükə hiss etdikdə aqressivləşdiyi xatırladılıb.

***

Heyətdən aqressiv davranış nümayiş etdirən qazla qarşılaşdıqda panikaya düşməmələri və sakitcə geri çəkilmələri istəndi. “Qaz sizə tərəf gəlirsə və ya fısıldarsa, özünüzü daha böyük göstərmək üçün qollarınızı yuxarı qaldırın və yavaş-yavaş uzaqlaşın. Göz təmasını qoruyun”, – təlimatda deyilir.

Nazirlik bildirib ki, qərargah ərazisinə nə qədər qazın girdiyi məlum deyil.

DND daha əvvəl bildirmişdi ki, Kanada qazları qorunur və yuva qurduqdan sonra yerindən tərpənmək olmaz.

***

CBC-yə danışan bəzi nazirlik işçiləri qərargahdakı vəziyyəti “qeyri-sabit” adlandırdılar.

Toronto Vəhşi Təbiət Mərkəzinin məlumatına görə, Kanada qazları vaxtaşırı şəhər mərkəzlərində yuva qura bilər və yuvalarını qorumaq üçün insanlara hücum edə bilər.

ABŞ-da yerləşən “Geese Relief” şirkəti öz internet saytında qaz hücumlarının əsasən yüngül xəsarətlərlə nəticələndiyini, lakin bəzi insanların qaçmağa çalışarkən yıxılma nəticəsində “sümük sınıqları, baş travması və emosional stress” yaşaya biləcəyini bildirir.

 





29.04.2025    çap et  çap et