Hollandiyanın Rotterdam limanında aparılan yoxlamalar zamanı Peru və Dominikan Respublikasından gələn avokado meyvələrinin içərisində gizlədilmiş cəmi 633 kilo kokain aşkar edilib. Müsadirə edilən narkotiklərin küçə dəyərinin 50 milyon avroya çatdığı açıqlanıb.
Hollandiya Baş Prokurorluğundan verilən açıqlamada, Dominikan Respublikasından gətirilən yükdə 80 kiloqram kokainin ələ keçirildiyi bildirilib.
Əsl böyük əməliyyat bir neçə gün sonra gəldi. Aprelin 21-dən 22-nə keçən gecə Rotterdam limanında aparılan adi yoxlama zamanı Perudan gələn avokado ilə dolu kisələrin arasından daha 553 kilo kokain aşkar edilib.
Beləliklə, ümumilikdə 633 kilo kokain müsadirə edilib. Müsadirə edilən narkotiklərin topdansatış dəyərinin 16 milyon avro, pərakəndə satış dəyərinin isə təxminən 50 milyon avro olduğu bildirilir.
***
Səlahiyyətlilər narkotik vasitələrin aşkar edildiyi idxalçı şirkətlərin qaçaqmalçılıqla əlaqəsinin olmadığını və narkotiklərin daşınma prosesi zamanı kartel üzvləri tərəfindən gizlədilə biləcəyini bildirib.
Şübhələr yükün Peru və ya Panamada daşınma məntəqələrində yüklənmiş ola biləcəyi ehtimalına əsaslanırıb.
Məlumdur ki, Peru dünyada avokado istehsalında üçüncü, kokain istehsalında isə ikinci yerdədir. Xüsusilə Panama qonşu Kolumbiyaya görə beynəlxalq narkotik ticarəti üçün mühüm tranzit məntəqəsi kimi seçilir.