İran mediasının məlumatına görə, partlayış atəşfəşanlıq istehsalı üzrə ixtisaslaşmış fabrikdə baş verib. Həmkarlar ittifaqı agentliyi “İlna”nın məlumatına görə, bir işçi hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Agentlikdən verilən məlumata görə, yanıq xəsarətləri alan üçüncü işçi isə xəstəxanaya aparılıb.
Hadisə Hörmüz boğazı yaxınlığındakı Bəndər-Abbas əyalətindəki Rəcai limanında baş verən ölümcül partlayışdan üç gün sonra baş verib.
İsfahan valiliyinin Böhran İdarəetmə Baş direktoru Mənsur Şişə Furuş, “Qəza bu gün səhər saat 10:30-da Şahinşah və Mime bölgəsində bir şirkətə məxsus anbarda baş verib. Səlahiyyətlilər partlayışın səbəblərini araşdırmağa başlayıb”, – deyib.