Vaxt.Az

Gərginlik yüksəlir


 

Pakistan ordusu Kəşmirdə Hindistanın kəşfiyyat PUA-sını vurub

Gərginlik yüksəlir Pakistan dövlət televiziyası bildirib ki, Pakistan ordusu Kəşmir bölgəsində mübahisəli sərhəddə kəçfiyyat aparan Hindistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, kimliklərini açıqlamayan təhlükəsizlik mənbələri pilotsuz təyyarənin ölkənin şimalında yerləşən və Pakistan və Hindistanın mübahisəli ərazisi Kəşmirdə nəzarət xəttini pozduğunu bildirib.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif dünən deyib ki, keçən həftə Kəşmirdə turistlərə silahlı hücumdan sonra iki nüvə silahlı ölkə arasında gərginlik artdığı üçün qonşu Hindistanın hərbi müdaxiləsi qaçılmazdır. Asif İslamabaddakı ofisində “Reuters” xəbər agentliyinə, “Biz qüvvələrimizi gücləndirdik, çünki bu, indi qaçılmazdır. Beləliklə, bu vəziyyətdə bəzi strateji qərarlar qəbul edilməlidir və bu qərarlar artıq qəbul edilib”, – deyib.

Hinduların çoxluq təşkil etdiyi Hindistanda 26 nəfərin ölümünə səbəb olan atışma etirazlara səbəb olub. Əhalisinin əksəriyyəti müsəlman olan Pakistana qarşı tədbirlər görülməsinə çağırışlar da edilib.

 





29.04.2025    çap et  çap et