Vaxt.Az

Çində restoranda yandı


 

22 nəfər öldü

Çində restoranda yandı Çinin şimalındakı Liaonin əyalətində restoranda yanğın baş verib. Sinxua agentliyi xəbərində, əyalətin Baota qraflığında günorta saatlarında baş verib verən yanğın zamanı 22 nəfərin öldüyü, 3 nəfərin yaralandığı açıqlanıb.

Yanğının səbəbi hələlik məlum deyil, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Çin Dövlət Başçısı Si Cinpin yaralananların tez bir zamanda müalicəsini, həlak olan 22 nəfərin ailələrinə lazımi dəstəyin göstərilməsini, yanğının səbəblərinin tez bir zamanda aydınlaşdırılmasını və günahkarların qanun çərçivəsində cəzalandırılmasını əmr edib.

 





29.04.2025    çap et  çap et