Rus əsirliyində bir ildən çox qalan ukraynalı jurnalistin göz alması, beyni və qırtlağının bir hissəsi çıxarılıb. Bundan əlavə, onun dilaltı sümüyü sınmış vəziyyətdə olub.
Məhkəmə-tibbi ekspertin sözlərinə görə, rus nasistləri işgəncə izlərini gizlətmək məqsədilə bu cür hərəkət etmiş ola bilərlər.
Jurnalistin cəsədində başqa işgəncə izləri də aşkar edilib: bədənin müxtəlif yerlərində sıyrıqlar və qansızmalar, sınmış qabırğa, boyun nahiyəsində zədələr və dabanlarda elektroşok izləri ola biləcək yanıq izləri tapılıb — bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.
Cəsədin vəziyyəti səbəbilə ekspertlər ölüm səbəbini müəyyən edə bilməyiblər.
Jurnalist 2023-cü ilin yayında Enerqodarda saxlanılıb, üç gün sonra isə Melitopola aparılıb. O, burada dörd ay əsirlikdə saxlanılıb və işgəncələrə məruz qalıb. Roşina artıq kritik vəziyyətdə olarkən Taganroq SİZO-2-yə gətirilib.