Vaxt.Az

31 min şəxsin parollu satışa çıxarılıb


 

58 000-dən çox cihaz haker proqramların qurbanı olub

31 min şəxsin parollu satışa çıxarılıb Avstraliyada 31.000-dən çox sındırılmış bank parolunun hakerlər tərəfindən Telegram kimi mesajlaşma proqramlarında satıldığı bildirilir.

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, bir qrup kiberkəşfiyyat tədqiqatçısının apardığı araşdırma nəticəsində məlum olub ki, istifadəçilərin şəxsi cihazlarından giriş məlumatı haker proqramları vasitəsilə oğurlanıb.

Araşdırmada kiberhücum qruplarının “Telegram” kimi sosial şəbəkə platformalarına 31.000-dən çox oğurlanmış bank parolunu satıldığı qeyd edilib.

Qlobal miqyasda 31 milyondan çox cihazda haker proqramları aşkar edilsə də, təkcə Avstraliyada 58 000-dən çox cihazın belə proqramlardan təsirləndiyi bildirilir.

Avstraliya kibertəhlükəsizlik firması “Dvuln”un qurucusu Ceymi O'Reylli, bu proqramların 2021-ci ildən bəri bəzi cihazlara çıxışı olduğunu və bəzi insanların hələ də hücumlara qarşı həssas olduğunu bildirdi.

Avstraliya səlahiyyətliləri vətəndaşlara təhlükəsizlik proqramlarını yeniləmək və onlayn şübhəli fəaliyyətə qarşı ayıq olmaq barədə xəbərdarlıq edib.

Bu ayın əvvəlində ölkədəki bəzi pensiya fondlarının da kiberhücuma məruz qaldığı, 600 şəxsin oğurlanmış parollarından istifadə etməklə hesablara icazəsiz giriş cəhdləri edildiyi üzə çıxıb.

 





29.04.2025    çap et  çap et