Vaxt.Az

Fransa nümayəndə heyəti İsrailə buraxılmadı


 

Parislə Tel-Əviv arasında diplomatik qalmaqal

Fransa nümayəndə heyəti İsrailə buraxılmadı Fransa XİN İsrailin iki Fransa nümayəndə heyətinin ölkəyə girişini əngəlləməsinə sərt reaksiya verib. Aralarında siyasi məmurların da olduğu və Fransanın Fələstin Qaçqın düşərgələri, Fransa Şəhərlərarası Qardaşlıq Dərnəyi və Fransa Şəhərlər Birliyi Assosiasiyasının rəhbərliyinin olduğu iki nümayəndə heyətinin İsrail və Fələstin ərazilərinə səfərinin qarşısı alınıb. İsrail hökuməti hər iki şəxsin vizalarını ləğv edib.

Nazirliyin bəyanatında deyilir ki, nümayəndə heyətinin aprelin 30-dan mayın 5-dək planlaşdırılan səfərinin qarşısını almaq üçün atılan bu addım “təəssüf doğurur, mənasızdır və ikitərəfli münasibətlərə zərərlidir”.

İsrailin Fransa birliklərini terror təşkilatları ilə əlaqədə ittiham edib. Fransa XİN isə iddiaları da rədd edilib. “İsrailin Fransadakı səfirliyinin bu birliklərlə terror təşkilatları arasında əlaqələrin olması ilə bağlı ictimaiyyətə səsləndirdiyi ittihamlar qəbuledilməzdir”, – bəyanatda deyilir.

Fransa İsraili bu qərarlarını geri götürməyə çağırıb və israillilərlə fələstinlilər arasında davamlı sülh üçün çalışan şəxslərin cəzalandırılmaması lazım olduğunu vurğulayıb.

Fransa mətbuatı aprelin 27-də dərc olunan xəbərdə heyətdəki adların vizalarının heç bir izahat verilmədən ləğv edildiyini açıqlayıb.

İsrail daha əvvəl də oxşar addım ataraq, aprelin 21-də solçu parlamentarilərdən və seçilmiş rəsmilərdən ibarət daha bir nümayəndə heyətinin ölkəyə girişinə mane olmuşdu. Bu qrup İsrailə səfərindən bir az əvvəl viza ləğvi ilə üzləşmişdi.

 





29.04.2025    çap et  çap et