Vaxt.Az

NATO ölkəsində həyəcan siqnalı


 

Tanınma nişanı olmayan Rusiya hərbi təyyarəsi narahatlıq yaradıb

NATO ölkəsində həyəcan siqnalı Daha bir tanınma nişanı olmayan Rusiya hərbi təyyarəsinin Baltik dənizi üzərində uçması qeydə alınıb. Almaniya Hərbi Hava Qüvvələrinin məlumatına görə, dünən baş verən hadisə, Meklenburq-Ön Pomeraniyadakı “Laage” aviabazasında döyüş təyyarəsinin havaya qalxmasına səbəb olub.

Sözçünün sözlərinə görə, “Eurofighters” saat 11.20-də havaya qalxıb və 12.45-də yenidən bazaya qayıdıb. İnsidentə hansı tip hərbi təyyarənin səbəb hələlik məlum deyil. Hadisə ilə bağlı fotolar hələ də araşdırılır. Rusiya təyyarəsi transponder siqnalı olmadan uçmuşdu.

***

Xəbərdarlıq patrulu adətən iki “Eurofighter”dən ibarət olur və onlar bir neçə dəqiqə ərzində mümkün təhlükələri yoxlamaq və lazım gəldikdə onların qarşısını almaq üçün havaya qalxırlar. Bu çarpaz yoxlamalar əsasən müntəzəmdir.

Almaniya Hərbi Hava Qüvvələrinə görə, Almaniya təyyarələri mülki təyyarələrlə radio əlaqəsi olmadığı üçün ayda təxminən bir və ya iki dəfə havaya qalxır. Belə bir vəziyyətə “komloss” yəni təyyarə ilə bütün əlaqənin itirilməsi deyilir.

 





29.04.2025    çap et  çap et