Dünən ABŞ rəsmisi bildirib ki, Yəməndə husi üsyançılarına qarşı intensiv hava hücumları həyata keçirdikdən sonra təxminən 30 milyon dollar dəyərində olan yeddi pilotsuz uçuş aparatı (PUA) itib.
“Martın ortalarından bəri 210 milyon dollar dəyərində olan yeddi MQ-9 təyyarəsini itirmişik”, – deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib. Bəyanatda bu PUA-ların üsyançıların atəşi ilə vurulması və ya başqa səbəblərdən itməsi barədə dəqiq məlumat verilməyib.
çap et