Vaxt.Az

“Faiz dərəcələrini məndən zəif bilir”


 

Tramp yenə FED-i tənqid etdi

“Faiz dərəcələrini məndən zəif bilir” ABŞ prezidenti Donald Tramp birbaşa adını çəkmədən FED sədri Cerom Pauelə qarşı tənqidlərini təkrarlayıb. Tramp dünən vəzifədə olmasının 100-cü günü münasibəti ilə keçirilən tədbirdə iqtisadi siyasətlərini və tarif rejimini müdafiə edərək, Pauel haqqında sərt danışıb.

Tramp Detroit yaxınlığındakı mitinqdə FED-ə yaxşı iş görməyən biri rəhbərlik etməsinə baxmayaraq, inflyasiyanın və faiz dərəcələrinin aşağı düşdüyünü bildirib.

ABŞ prezidenti bu ayın əvvəlində FED-in faiz endirimlərinin sürətini tənqid etsə də, lakin Paueli işdən çıxarmaq fikrində olmadığını söyləyib.

Həmin vaxt Pauellin taleyi ilə bağlı qeyri-müəyyənlik bazarları silkələyib və investorların Trampın tarif planları ilə bağlı narahatlığını artırıb. Dünənki çıxışında Tramp, “Siz FED-i tənqid etməməli və öz işini görməyə icazə verməməlisiniz. Ancaq mən faiz dərəcələri haqqında ondan çox şey bilirəm”.

Sorğular göstərir ki, seçicilər Trampın iqtisadi gündəmindən narahatdırlar və tariflər, tənəzzül, inflyasiya ilə bağlı təlaşları artırır.

ABŞ-da dünən açıqlanan Konfrans Şurasının aprel ayı istehlakçı inamı məlumatları da son beş ilin ən aşağı səviyyəsinə düşüb. Tramp sorğuların qərəzli olduğunu iddia edib və tarifləri qarşıdan gələn vergi qanununun xərclərini kompensasiya etmək üçün zəruri addım adlandırıb.

 





30.04.2025    çap et  çap et