Vaxt.Az
İsveçdə silahlı hücum
Bərbər salonunda baş verən hadisədə 3 nəfər ölüb
İsveçin Uppsala şəhərində Vaksala meydanı yaxınlığında silahlı insident baş verib. Bərbər salonuna silahlı hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Polis geniş ərazini mühasirəyə alıb və hadisə yerində araşdırmalar
aparır. Ən azı 3 nəfərin həyatını itirdiyi bildirilib. Yaralıların sayı
açıqlanmayıb.
30.04.2025
çap et