***
Nazirlik, hücumun Husilərin hərbi istehsal müəssisələrini hədəf aldığını bildirərək, “Vəziyyəti kəşfiyyat məlumatları ilə analiz edərkən Sənanın təxminən 15 mil cənubunda bir qrup binanın olduğu müəyyən edildi. Burada Husilərin Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə hücumlarında istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA) istehsal etdiyi müəyyən olundu”.
Açıqlamada Voyager tankerlərindən havada yanacaq dolduran “Typhoon FGR4” döyüş təyyarələrinin “Paveway IV” tipli dəqiq idarə olunan bombalarla sözügedən hədəfləri vurduğu bildirilib. “Hədəflərin mülki şəxslər və ya qeyri-hərbi infrastruktur üçün riski minimuma endirəcək şəkildə vurulmasını təmin etmək üçün çox diqqətli planlaşdırma aparılıb. Əlavə tədbir olaraq, hücum gecə saatlarında, mülki şəxslərin ərazidə olma ehtimalının daha da aşağı olduğu bir vaxtda həyata keçirilib. Daha sonra bütün təyyarələrimiz sağ-salamat öz bazalarına qayıdıb”.
Hücumun 2023-cü ilin noyabr ayından Qırmızı dənizdə naviqasiya azadlığını təhdid edən, beynəlxalq gəmilərə hücum edən və günahsız dənizçilərin ölümünə səbəb olan husilərin imkanlarını zəiflətmək məqsədi ilə İngiltərə hökumətinin siyasətlərinə uyğun olaraq həyata keçirildiyi vurğulanıb.