Kəlküttə polis komissarı Manoj Kumar Verma jurnalistlərə açıqlamasında dünən gecə baş verən yanğının nəzarət altına alındığını, otaqlarda və hotelin damında sıxışan çox sayda insanın xilas edildiyini bildirib.
Hindistanda bu cür hadisələrin qarşısını almaq üçün avadanlığın olmaması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi səbəbindən bina yanğınları tez-tez baş verir.
“Press Trust of India” (PTI) xəbər verir ki, bir çox insanın binanın dar pəncərələri və açılışları vasitəsilə qaçmağa çalışdığı görülüb. PTI, alovlar içində qalan otelin görüntülərini yayımlayıb.
Ölənlərdən birinin alovdan qaçmaq üçün eyvandan tullanarkən həlak olduğu bildirilib.