Vaxt.Az

İstanbul birjasında əməliyyat


 

15 nəfər haqqında həbs qətimkan qərarı verilib

İstanbul birjasında əməliyyat İstanbul Respublika Prokurorluğu İstanbul birjasında manipulyasiya sövdələşmələrində iştirak etdiklərinə görə 15 nəfər haqqında həbs qərarı çıxarıb. Prokurorluq bununla bağlı araşdırmalara başlayıb.

Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində manipulyasiya fəaliyyəti ilə məşğul olduğu müəyyən edilən şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib.

***

İstanbul, Ankara və Şanlıurfada olduqları müəyyən edilən şübhəlilər cinayət törətmək üçün təşkilat yaratmaq və birja fırıldağında ittiham olunublar. Polis adıçəkilən 15 şübhəlini axtarır.

 





30.04.2025    çap et  çap et