Mərkəzi banklar üçün qızılın cəlbediciliyini hələ də yüksək olaraq qalmaqdadır. Bu maraq 2022-ci ildən sonra xüsusilə artıb. Təsadüfi deyil ki, 2022-ci ilin III rübündə ölkələrin əsas bankları son illərin ən yüksək həcmində - 456,9 ton qızıl alıblar. Sonrakı illərdə alışda tendensiya fərqli olsa da, yəni azalma olsa da bankların marağının hələ də yüksək olduğunu söyləmək olar. 2025-ci ilin I rübündə mərkəzi banklar 244 ton həcmində qızıl olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% azdır. Bu il ilk rübündə ən böyük alıcı Polşanın Mərkəzi Bankı olub və ötən il olduğu kimi bu rüb də aktiv alış həyata keçirib. Bazardan 49 ton qızıl alan Polşa (2024-cü ildə 90 ton alıb) ümumi qızıl ehtiyatını 497 tona çatdırıb və bu onun ümumi ehtiyatlarının 21 faizi həddindədir.
İkinci ən böyük alıcı Azərbaycan Dövlət Neft Fondu olub. Fond yanvar-mart aylarında 19 ton qızıl alaraq qızıl ehtiyatını 165 tona çatdırıb. Hazırda Fondun portfelində qızılın payı 26 faiz təşkil edir.
Digər əsas alıcılar Çin (13 ton), Qazaxıstan (6 ton), (Çexiya 5 ton), Türkiyə (4 ton), Hindistan (3 ton), Qətər (3 ton) və Misir (1 ton) olub.
Özbəkistan, Rusiya, Qırğızıstan mərkəzi bankları isə bu qiyməti metallarının bir hissəsini satmalı olublar. I rübdə onların qızıl satışı müvafiq olaraq 15 ton, 3 ton, 2 ton olub.
çap et