Vaxt.Az

Maskın Ağ Evdəki işi bitdi


 

"Artıq üz-üzə yox, telefonla görüşürük”

Maskın Ağ Evdəki işi bitdi Dünyanın ikinci ən zəngin iş adamı olan İlon Mask Ağ Evdəki aktiv rolunu tədricən bitirir. ABŞ prezidenti Donald Trampın ikinci dövründə Vaşinqtonun ən nüfuzlu simalarından birinə çevrilən Mask artıq fiziki olaraq Ağ Evə müntəzəm səfər etmir. “The New York Post” qəzetinin xəbərinə görə, Ağ Ev baş katibi Suzi Vayls, "Artıq üz-üzə yox, telefonla görüşürük. Amma praktikada eyni təsir göstərir", – deyib.

***

Mask Trampın vəzifədə olduğu ilk 100 gün ərzində siyasət və büdcə qərarlarında mühüm rol oynayıb. Lakin son həftələrdə o, Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) rolundan da tədricən çəkilməyə başladı. Yenə də onun komandası mayın sonunda rəsmi səlahiyyət müddəti başa çatana qədər Ağ Evin kampusunda yerləşən Eyzenhauer icra binasında işləməyə davam edəcək.

***

Digər tərəfdən, keçən həftə “Tesla”nın balans iclasında çıxış edən Mask, may ayından etibarən vaxtının çox hissəsini “Tesla”ya həsr edəcəyini açıqladı. Bununla belə, o əlavə edib ki, hökumətlə bağlı bəzi məsələlərdə həftənin bir və ya iki günü töhfə verməyə hazırdır: “DOGE-nin əsas tikinti blokları tamamlanıb. Amma faydalı ola bilsəm, zaman-zaman töhfə verməyə davam edəcəm”.

 





30.04.2025    çap et  çap et