Vaxt.Az

AB-nin Çin siyasətində dəyişiklik yoxdur


 

Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir

AB-nin Çin siyasətində dəyişiklik yoxdur Pekin Avropa Birliyi (AB) millət vəkillərinə qarşı bəzi sanksiyaları yumşaltmağa hazırlaşdığı bir vaxtda Avropa İttifaqı Sincan-Uyğur Muxtar Bölgəsində insan haqları pozuntuları ilə əlaqəli Çin rəsmilərinə tətbiq etdiyi sanksiyaları ləğv etməmək qərarına gəlib.

Avropa Birliyinin diplomatik orqanının nümayəndəsi cümə axşamı günü Çinin uzaq qərb bölgəsində şəraitin yaxşılaşmadığını əsas gətirərək, qarşılıqlı planların olmadığını açıqlayıb. Bildirilib ki, “Avropa Birliyi Sincanda insan hüquqlarının vəziyyətində heç bir dəyişiklik görməyib. Beləliklə, Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir”. Sanksiya mübadiləsi 2021-ci ilin martında Brüsselin bir neçə Çin rəsmisinə və bir quruma viza qadağası və aktivlərin dondurulması ilə bağlı ABŞ, Böyük Britaniya və Kanadaya qoşulması ilə başlayıb. O zaman Avropa İttifaqı sanksiyaların “Çində ciddi insan hüquqları pozuntularına, xüsusən də uyğurlara və digər müsəlman etnik azlıqlara qarşı geniş miqyaslı əsassız həbslərə və ləyaqəti alçaldan rəftara” cavab olduğunu bildirmişdi.

Brüsselin hesabatlarında yazılıb ki, “Çinin Sincan bölgəsində azlıq təşkil edən etnik qrup olan uyğur xalqı Çin hökumətinin siyasəti nəticəsində ciddi təqiblərlə üzləşib”. Söhbət məcburi əmək, geniş nəzarət, dini məhdudiyyətlərdən gedir. İnsan haqları təşkilatları və beynəlxalq qurumlar bu hərəkətləri insanlığa qarşı cinayət, bəzi hallarda isə soyqırım kimi qiymətləndiriblər. Uyğurların ana dillərində danışmaq və ya mədəni kimliklərini qorumaq üçün hədəfə alındığı yazılıb. Qlobal səviyyədə qınaqların artmasına baxmayaraq, Çin hökuməti öz hərəkətlərini terrorla mübarizə səylərinin bir hissəsi kimi qələmə verərək, hər hansı bir qanunsuzluğu rədd edib.

 





30.04.2025    çap et  çap et