Vaxt.Az

Saxta alkoqol təhlükəsi turistləri qorxudur


 

Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib

Saxta alkoqol təhlükəsi turistləri qorxudur Almaniya hökuməti Türkiyəyə gələn alman turistlərlə bağlı xəbərdarlıqlarını yeniləyib. Səhifədəki “saxta alkoqol” xəbərdarlığı da diqqətdən yayınmayıb. Buna səbəb 2 ayda 105 nəfər saxta spirtli içkilərdən dünyasını dəyişməsi olub. Bu səbəbdən Almaniya Türkiyəyə səfər edən vətəndaşlarına saxta alkoqollu içkilərlə bağlı xəbərdarlıq edib. Rəsmi xəbərdarlıqda banderolsuz məhsullardan qaçınmaq istənilib və metanolun təhlükəsi diqqətə çatdırılıb.

“Cinayətlər” başlığı altındakı xəbərdarlıqda deyilir: “Alkoqollu məhsulları yalnız lisenziyası olan özəl mağazalardan alın. Açılmamış orijinal qablaşdırmaya və rəsmi lisenziyaya (nəzarət lenti və ya blok) diqqət yetirin; keyfiyyətsiz çap və ya lentdə səhv yazılış saxtakarlığa dəlalət edə bilər. Qeyd olunan və ya panikaya səbəb olan alkoqollardan uzaq durun. Metanol zəhərlənməsi mümkündür”.

Saxta alkoqol böhranı son aylarda ölkədə ölüm dalğasına səbəb olub. Aprel ayında Ankarada iki ayda saxta spirtli içkilərdən ölənlərin sayı 105-ə yüksəlmişdi.

Səlahiyyətlilərin verdiyi məlumata görə, İstanbulda zəhərlənmə hadisəsi ilə xəstəxanaya yerləşdirilənlər arasında 26 xarici turist də var ki, bu da bəzi alman turistləri narahat edib və onları rezervasiyalarını ləğv etmək və ya təxirə salmaq barədə düşünməyə vadar edib.

Həqiqətən də, son hadisələr Almaniya mətbuatında geniş işıqlandırıldı. Qəzetlər turistlərə Türkiyədə tətil üçün görünməz təhlükə olduğu barədə xəbərdarlıq edib.

Mütəxəssislər bəzi turistlərin saxta alkoqollu içki böhranının yaratdığı təşviş səbəbilə Türkiyəyə səfər planlarında daha ehtiyatlı olduqlarını və tətil yeri seçimlərində sağlamlığa daha çox önəm verdiyini müşahidə edirlər.

Polis və jandarm hərəkətə keçərək onlarla saxtakar dəstəni həbs edib. Bununla belə, ölkədə saxta alkoqollu içkilərlə bağlı narahatlıq hələ də bitməyib.

 





30.04.2025    çap et  çap et