Qauk müharibənin sona çatacağına ümid etdiyini bildirsə də, "Rusiya istədiyini güc yolu ilə əldə edərsə, bu, sülh deyil, kapitulyasiya olacaq. O zaman biz sülhdən yox, kapitulyasiyadan danışacağıq”, – xəbərdarlığını edib.
***
ABŞ haqqında dəyərləndirmələr edən Qauk prezident Donald Trampı sərt şəkildə tənqid edib. Trampın Amerikanın qoruyucu güc rolunu şübhə altına aldığını qeyd edən Qauk, “Qurbanı təcavüzkarla qarışdıran hər kəs mənəvi oriyentirini itirir və növbəti zorakılığa yol açır”, – deyib.
Qauck, Kreml lideri Vladimir Putinin bu müharibədə qalib gələ bilməyəcəyini başa düşdüyü təqdirdə əsl sülhün mümkün olacağını vurğulayaraq, “O, hərbi, iqtisadi və siyasi cəhətdən qalib gələ bilməz. Bunun üçün sakitləşmə deyil, güc lazımdır”, – deyib.
***
Qauk Almaniya və Avropanı da tənqid edib: "Məni narahat edən təkcə hərbi deyil, həm də zehni zəifliyimizdir. Biz təkcə texniki deyil, həm də emosional, mənəvi və siyasi baxımdan kifayət qədər hazır deyilik. Bizə yeni bir ciddiyyət anlayışı lazımdır".
Qaukun sözlərinə görə, Rusiyanın təcavüzü təkcə regional müharibə deyil: “Bu, azadlıq duyğumuza, beynəlxalq hüquqa və insan ləyaqətinə hücumdur”.
***
Silahların artıq tabu olmamalı olduğunu deyən Qauk, “Biz sülh yolu ilə silahlanmalıyıq. Yalnız o zaman etibarlı olacağıq. Yalnız o zaman sevdiklərimizi qoruya bilərik”, –çağırışını edib.