Vaxt.Az

«Regionun xeyrinədir»


 

İran prezidenti: «Dəmiryol xəttimizi Azərbaycan vasitəsilə Gürcüstana birləşdirəcəyik»

«Regionun xeyrinədir» «İranın Gürcüstanla dəmir yolunun birləşdirilməsi region üçün çox əhəmiyyətlidir». Modern.az İran Prezidenti Administrasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, İran xalqı Qafqaz bölgəsinə xüsusi maraq göstərir.

«İran üçün dəmir yolu xəttinin Qara dəniz limanlarına, həmçinin Batumi dəniz limanına birləşdirilməsi çox əhəmiyyət daşıyır. Eyni zamanda, qərara gəlmişik ki, dəmiryol xəttimizi Azərbaycan ərazisi vasitəsilə Gürcüstana birləşdirək. İran-Azərbaycan və Gürcüstanın üçtərəfli əlaqələri bizim üçün çox əhəmiyyətlidir. İran-Gürcüstan dəmir yolunun birləşdirilməsi regionun xeyrinədir».

 





22.04.2014    çap et  çap et