Vaxt.Az

Avropada casusluq şoku


 

Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib

Avropada casusluq şoku Almaniyanın ifrat sağçı AfD partiyasından olan deputatın keçmiş köməkçisi Çinin xeyrinə casusluqda ittiham olunub. Çin əsilli Almaniya vətəndaşının 500-dən çox məxfi sənədi Çinə sızdırdığı iddia edilir.

Avropa Parlamenti və Almaniya casusluq qalmaqalı ilə sarsılıb. Pekin administrasiyası ilə Avropa Birliyi (AB) arasında gərginliyin aradan qaldırılması istiqamətində addımlar atılarkən Almaniyada ifrat sağçı AfD partiyasından olan bir millət vəkilinin köməkçisinin Çinə casusluq etdiyi üzə çıxıb.

Almaniya Bundestaqının deputatı Maksimilian Krahın keçmiş köməkçisi Cian Quo Çinin xeyrinə casusluqda ittiham olunur.

Alman prokurorları, Krahın Avropa Parlamentinin üzvü olduğu müddətdə Quonun “çox həssas” olaraq xarakterizə edilən 500-dən çox sənədi Çinə ötürdüyünü söyləyib.

Çin əsilli Almaniya vətəndaşı Quonun AfD siyasətçiləri haqqında məlumat topladığı və Almaniyada çinli müxaliflərlə bağlı casusluq etdiyi iddia müəyyən olunub.

Bildirilib ki, 2019-2024-cü illər arasında toplanan sənədlərə Avropa Parlamentində aparılan danışıqlar və qəbul edilən mühüm qərarlar daxildir.

2002-ci ildən Çin Kəşfiyyat Xidmətində çalışdığı bildirilən Quonun 2024-cü ildə həbs olunduğu və hələ də həbsdə olduğu vurğulanıb.

2019-cu ildə Avropa Parlamentinin üzvü seçilən Maksimilian Krah casusluq qalmaqalında heç bir əlaqəsinin olmadığını bildirib.

***

Prokurorlar tərəfindən hazırlanan casusluq iddianaməsində logistik xidmət göstərən bir şirkətdə çalışan Yaqi X. kimi tanınan Çin vətəndaşı da ittiham edilib.

İddiaya görə, Yaqi X. Leypsiq hava limanında hərbi göndərişlər, uçuşlar, yüklər və sərnişinlər haqqında məlumat verməklə Quoya kömək edib.

Sözügedən məlumatda hərbi texnikanın tədarükü ilə bağlı məlumatlar və alman silah şirkəti ilə əlaqəsi olan şəxslərlə bağlı həssas məlumatlar var.

Sentyabrda həbs edilən 38 yaşlı Yaqi X. ABŞ-dan İsrailə hərbi yüklər barədə Quoya məlumat verib.

Prokurorlar vurğuladılar ki, həm Yaqi X., həm də Quo sistematik olaraq AB və Almaniyadan Çinə həssas təhlükəsizlik məlumatlarını ötürüb.

***

Çin Xarici İşlər Nazirliyi məlumatın sızmasını “Çinə qarşı qarayaxma kampaniyası” kimi qiymətləndirib və bunun şişirdilmiş hesab edib.

Nazirlik açıqlamasında Avropada casusluq fəaliyyəti ilə bağlı xəbərlərin “Çini ləkələmək üçün şişirdildiyini” bildirib.

Çinin Almaniyadakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

 





30.04.2025    çap et  çap et