Vaxt.az Turan-a istinadən xəbər verir ki, şirkətin ofisi Heydərovlara məxsus Kempinski Badamdar Baku hotelindədir. KİV-də bu yaxınlarda gedən məlumata görə, 17 fevralda «Sabah P&D International» MMC qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur.
Buna qədər T. Heydərov London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci il) Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşkilatının (The European Azerbaijan Society) təsisçisi, «Qəbələ» futbol klubunun prezidenti idi. Xaricdə United Enterprises International (UEI) holdinq şirkətinin İdarə Heyətinin sədri idi.