Anonimlik şərti ilə “Politico”ya danışan ABŞ rəsmisinin sözlərinə görə, Ağ Evdəki vakant vəzifələr üçün müsahibələr aparılır.
***
Duq Emhoff da məsələ ilə bağlı açıqlama verərək, “Bu gün öyrəndim ki, Amerika Birləşmiş Ştatlarının Holokost Anma Şurasındakı vəzifəmdən uzaqlaşdırıldım... Açıq deyim: Holokostu xatırlama və öyrənilməsi heç vaxt siyasiləşdirilməməlidir”.
Emhoff belə bir vəziyyətin təhlükəli olduğuna diqqət çəkərək, bu addımın faşistlər tərəfindən öldürülən altı milyon yəhudinin xatirəsini də ləkələdiyini qeyd edib.
***
“The New York Times”ın (NYT) məlumatına görə, muzey şurasındakı vəzifələrindən uzaqlaşdırılanlar arasında Bayden dövründə Ağ Evdə çalışmış sabiq aparatı rəhbəri Ron Klayn, keçmiş milli təhlükəsizlik müşaviri Suzan Rays və Birinci xanımının köməkçisi olmuş Entoni Bernal və keçmiş Demokratik Milli Komitəsinin sədri Tom Peres də var.
Şuranın İdarə Heyətində 50-dən çox üzv var. Bu şəxslərin bəziləri ABŞ prezidenti tərəfindən təyin edilir və beş il müddətinə xidmət edirlər. İdarə Heyətinin digər üzvləri ABŞ Konqresinin hər iki palatasından, Senat və Nümayəndələr Palatasından və üç federal agentlikdəndir. Muzey qismən federal hökumət tərəfindən maliyyələşdirilir.
Baydenin prezidentliyi dövründə Harrisin əri Emhoff vitse-prezidentlə evlənən ilk yəhudi idi.
İşdən çıxarılma xəbərləri yayıldıqdan sonra muzeyin sözçüsü açıqlama verərək, muzeyin Tramp administrasiyası ilə işləyərkən öz həyati missiyasını irəlilətməyə davam etməyi səbirsizliklə gözlədiyini bildirib və idarə heyəti üzvlərinin kənarlaşdırılmasından bəhs etməyib.