Vaxt.Az

Yazıçıların ənənəvi problemi


 

Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur

Yazıçıların ənənəvi problemi Sırf yaponlara aid bir incəlik var, elə bir incəlik ki, başqa heç harda rast gəlməzsən. Sakura çiçəklərinin tamaşasına duran, qüruruna toxunanda isə qılıncla özünə qəsd edən bir incəlikdən gedir söhbət. Köhnə yapon yazıçılarında bu incəliyin dərin ifadəsini görürsən – Akutaqavada, Kavabatada, Abedə. Müasir yapon yazıçısı Mieko Kavakami də bu incəliyi ifadə etməyə çalışıb. Çox tərifləyirdilər romanını, amma o deyil. Yaxşı məqamlar olsa da, ümumən səthi gəldi mənə.

Samballı roman odur ki, oxuyanda deyirsən, bunu yazmaq üçün hünər lazımdır. Hətta bəzən əsəbləşməli, qibtə eləməlisən ki, mən bunu qətiyyən yaza bilməzdim, gör necə yazıb! Bu hissi keçirmirsənsə, deməli, Kavakami kimi ortababla üz-üzəsən. Yeganə xoşuma gələn cəhəti dilinin poetikası oldu, yaradıcılığa şairə kimi başlayıb, yəqin, ondandı. Şair yazıçıların ənənəvi problemi – dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur. Bəli, nasir olmaq doğrudan da başqa meyarlar tələb edir. Necə ki, şair doğulursan, eləcə də nasir doğulursan. Bu qədər sadə.

 





30.04.2025    çap et  çap et