Vaxt.Az

Şiə, ərəb və İsraillə dost


 

Dürzilər haqda nə bilirik?

Şiə, ərəb və İsraillə dost Suriya yeni hökumət qüvvələri İsraillə və Livanla sərhəddə tez-tez dürzilərə silahlı toqquşmayə girir. İsrail də bu konfliktdən yaralanmağa çalışır. Ümumiyyətlə dürzilər kimdir?

Dürzilər Suriyada (700 000), Livanda (300 000), İsraildə (150 000), İordaniyada (30 000) yaşayan dini-etnik toplumdur.

Suriyada olan Druze (Dürzilər), İslamdan törəmiş, amma ondan xeyli fərqlənmiş ezoterik və monoteist bir dini icmadır. Onlar əsasən cənub bölgəsində, xüsusilə Suveyda vilayətində (Cebel əl-Druz) yaşayırlar.

Dürzilər haqqında əsas məlumatlar:

Dini kimlikləri:

Dürzilik, XI əsrdə Fətimi xilafəti dövründə Misirdə yaranıb. İslamın şiə İsmaili qolu əsasında formalaşıb, lakin reinkarnasiya (ruh köçməsi), gizli biliklərə inam və seçkili din kitabları kimi inamları ilə İslamdan fərqlənir. Qurana inanırlar, amma onu simvolik və ezoterik şərhlərlə qəbul edirlər.

Dürzilər öz dinlərini başqa dinlərə çevrilməyə açıq etmirlər – yəni sonradan Dürzi olmaq mümkün deyil, din yalnız doğulmaqla ötürülür.

Cəmiyyətdəki mövqeləri:

Suriyada Dürzilər uzun müddət özlərinə məxsus muxtariyyətə sahib olublar. Onlar tarixən sülhsevər və qəhrəman döyüşçü xalq kimi tanınıblar. Suriyada həm Bəşər Əsəd rejimini dəstəkləyən, həm də rejimə qarşı olan Dürzi qrupları mövcuddur, amma ümumilikdə özlərini bitərəf və müdafiə yönlü saxlayırlar.

Digər ölkələrdəki Dürzilər:

Dürzilər yalnız Suriyada deyil, Livan, İsrail və İordaniyada da yaşayırlar.

Livanda Dürzilər siyasi baxımdan güclü bir icmadır.

İsraildə isə bəzi Dürzilər İsrail ordusunda da xidmət edirlər. Onlar İsrail ordusunun ən elit bölmələrində , kəşfiyyat sahəsində xidmət edirlər. Maraqlıdır, İsraildə dürzilərin məktəbləri xüsusi tədris proqramı ilə seçilir.

Dürzilər öz dini ayinlərini və inamlarını gizli saxlayan, qapalı cəmiyyət sayılır. Onların dini rəhbərləri “uqqal” adlanır və sadə insanlar dini biliklərə tam sahib olmurlar.

Etnik baxımdan ərəb olsalar da özlərini ərəb hesab etmirlər, dürzi adlandırırlar. Dilləri ərəb dilidir.

Dürzilərin müsəlman aləmində bir çox xalqlardan fərqli olaraq müasir dünyaya uğurla inteqrasiya etməsində ən başlıca səbəbi qadınlarla kişilərin hüquq bərabərliyi və elmə, təhsilə olan maraqlarıdır .

Digər müsəlmanlardan fərqli olaraq dürzilərdə qadınlar da din xadimi yəni – uqqal ola bilərlər, dini liderlikdə iştirak edə bilirlər. Ailə və icma içində söz haqqına malikdirlər, xüsusən yaşlı qadınlara hörmət böyükdür. Qadınlar iş həyatında, xüsusilə müəllimlik, tibb və idarəçilik sahələrində aktivdirlər.

Evlilikdə qadın razılığı vacibdir, məcburi evliliklər qəbul olunmur.

Boşanma mümkündür, amma cəmiyyət daxilində xoş qarşılanmır. Ekzoqamiya qadağandır, yəni dürzilər ancaq dürzilərə qız verir və qız alırlar.

 





30.04.2025    çap et  çap et