Pensilvaniya ştatının “State College” və Pittsburq şəhərlərində elektrik naqillərinin aşması nəticəsində üç nəfər ölüb.
***
Ölkə daxilində elektrik kəsilməsini izləyən “PowerOutage” internet saytı, Pensilvaniyada təxminən 450,000 və Ohayoda 50,000-dən çox insanın naqillərin üzərinə yıxılan ağaclar və aşan elektrik dirəkləri səbəbindən işıqsız qaldığını bildirdi.
***
Milli Meteoroloji Xidmətinin Pittsburq Ofisi sosial media hesabında bölgədəki fırtınanın sürətinin saatda 145 kilometrə çatdığını bildirib.
***
Səlahiyyətlilər xəbərdarlıq edib ki, Pensilvaniya və Ohayo ştatlarında şiddətli hava şəraiti Arkanzas, Texas və Luiziana ştatlarına yayıla bilər, dağıdıcı küləklər və güclü yağışlar daşqınlara səbəb ola bilər.