Vaxt.Az

ÜDM gözləntiləri üstələyib


 

Avrozona birinci rübdə 0,4 faiz artıb

ÜDM gözləntiləri üstələyib Avropa Statistika İdarəsi (Avrostat) ilin birinci rübü üzrə Avropa Birliyi (AB) və Avrozona ölkələrinin Ümumi Daxili Məhsulu (ÜDM) üzrə ilkin məlumatları açıqlayıb.

Məlumata görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2025-ci ilin birinci rübündə ötən ilin son rübünə nisbətən 0,4 faiz artıb. Avrozonada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə ilin birinci rübündə 1,2 faiz artıb.

Bazar gözləntiləri Avrozonada ÜDM-in rüblük 0,2 faiz, illik isə 1 faiz artması ilə bağlı idi. Elan edilmiş məlumatların bazar gözləntilərindən yüksək olması diqqətəlayiq idi.

AB-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM ilin birinci rübündə rüblə müqayisədə 0,3 faiz, illik müqayisədə isə 1,4 faiz artıb.

ÜDM əvvəlki rüblə müqayisədə birinci rübdə Almaniyada 0,2, Fransada 0,1, İtaliyada 0,3, İspaniyada isə 0,6 faiz artıb.

Almaniyada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə birinci rübdə 0,2 faiz azalarkən, Fransada 0,8 faiz, İtaliyada 0,6 faiz, İspaniyada isə 2,8 faiz artıb.

 





30.04.2025    çap et  çap et