Vaxt.Az

“Buz”lar əriyir


 

Böyük buluşma mümkündürmü?

“Buz”lar əriyir Türkiyə ilə İsrail arasında “buz”lar əriyir, münasibətlər yumşalmağa və normallaşmağa doğru gedir. İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Azərbaycana səfər üçün Türkiyənin öz hava məkanından istifadəyə icazə verməsini də bu normallaşmanın bir fraqmenti, əlaməti hesab etmək olar.

Yeri gəlmişkən, Netanyahunun təyyarəsinə Türkiyə səmasından uçuşa icazə verilməsinə Azərbaycanın vasitəçilik etdiyi bildirilir.

Ümumiyyətlə, Azərbaycanın Türkiyə-İsrail normallaşmasında vasitəçilik səyləri müsbət nəticə verməkdədir. Mayın 10-da Bakıda Ərdoğanla Netanyahunun görüşü baş tutarsa, bu, artıq Azərbaycan diplomatiyasının tarixi uğuru sayılacaq.

Qeyd edək ki, sözügedən görüşün baş tutma ehtimalı böyükdür. Çünki İsrail və Türkiyə liderlərinin Bakıya səfər tarixləri üst-üstə düşür. Benyamin Netanyahunun Bakıya səfərinin 5 gün davam edəcəyi gözlənilir. Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahunun Azərbaycana səfəri mayın 7-də başlayacaq. Onun mayın 11-də İsrailə qayıdacağı bildirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə mayın 10-da ölkəmizə səfəri gözlənilir.

Bu, təsadüfdürmü? Texniki məsələdirmi?

Xeyr, belə məsələlərdə təsadüflərə yer olmur. Ərdoğan-Netanyahu münasibətləri şəxsi zəmində hər nə qədər gərgin olsa da, Türkiyə-İsrail münasibətlərinin normallaşma zərurəti onları həqiqətən də Bakıda bir araya gətirə bilər.

Bakı isə bu böyük buluşmada uğurla moderatorluq, araçılıq etməyə hazırdır.

 





30.04.2025    çap et  çap et