Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların 35 milyard dollardan çoxu bp şirkətinin payına düşüb.
2005-ci ildən Azərbaycan neftinin, 2007-ci ildən isə qazının ən iri hasilatçısı bp şirkətinin rəhbərliyi altında olan layihələrdən əldə edilir. bp Azərbaycanın 2 neft ixrac kəmərinin və 1 qaz kəmərinin operatorudur. bp hazırda həmçinin Xəzərdə 2 kəşfiyyat layihəsini həyata keçirir və yeni bir hasilat layihəsinə ("Qarabağ" neft yatağı) də qoşulmağı rəsmiləşdirməyə hazırlaşır. bp bu il həmçinin Cəbrayılda tikiləcək "Şəfəq" günəş elektrik stansiyası layihəsinin də əsas investoru qismində çıxış edəcək.