Vaxt.Az

Tarixi qəhrəmanının adını daşıyır


 

Şimali Koreya lideri qızı ilə birlikdə ən böyük silahını suya endirdi

Tarixi qəhrəmanının adını daşıyır Nüvə sınaqları ilə tez-tez gündəmə gələn Şimali Koreya ordunu yeniləmək üçün səylərini davam etdirir. “Qara qutu” olaraq xarakterizə edilən və bu məqsədlə təkmilləşdirilən və bu yaxınlarda mərasimlə suya endirilən gəmi ölkənin indiyə qədər istehsal etdiyi ən böyük döyüş gəmisidir.

Dünya əhalisinin əhəmiyyətli bir hissəsinin yaşadığı Asiya Sakit Okean bölgəsinin strateji əhəmiyyəti günü-gündən artır. Çinin yüksəlişi və ABŞ-ın bölgəyə diqqət yetirməsi bölgədə rəqabətin növbəti illərdə də artacağını göstərir. Ölkələr arasındakı bu rəqabət vəziyyəti gərginlik və fikir ayrılıqları ilə bərabər Asiya Sakit Okean ölkələrinin silahlanma sürəti də artıb. Nüvə sınaqları ilə tez-tez gündəmə gələn Şimali Koreya da bu inkişafların bir parçasıdır. Şimali Koreya bu yaxınlarda ölkə tarixində ən böyük döyüş gəmisini istehsal edərək istifadəyə verib.

Keçən ilin dekabrında Şimali Koreyanın dövlət televiziyasında yayımlanan görüntülərdə ilk dəfə görünən döyüş gəmisi, Şimali Koreya lideri Kimin ordunun yenilənməsinə böyük sərmayə qoyması nəzərə alınmaqla, Koreya yarımadasında baş verən hadisələri izləyənlər tərəfindən təəccüblü bir addım kimi qiymətləndirilmişdi.

***

Şimali Koreya aprelin 25-də Kim Çen In və qızı Kim Cu Aenin iştirak etdiyi mərasimdə ölkədə indiyə qədər inşa edilmiş ən böyük və ən müasir gəmi olan “Choe Hyon”u istismara verib. Mərasim ölkənin qərb sahilində, Pxenyandan təxminən 50 km aralıda yerləşən Nampoda baş tutub. “Choe Hyon” 1907-1980-ci illər arasında yaşamış, anti-yapon mübarizəsində fərqlənmiş və İkinci Dünya Müharibəsindən sonra Şimali Koreyada mühüm vəzifələr daşıyan görkəmli şəxsiyyət olub.

 





01.05.2025    çap et  çap et