Vaxt.Az

SEPAH-dan səfər öncəsi təxribat


 

Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri

SEPAH-dan səfər öncəsi təxribat Məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum şəhərində Azərbaycan Respublikası əleyhinə daha bir tədbir keçirilib.

Anti-Azərbaycan tədbiri Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən Taleh Yusifovun xatirəsinə həsr edilib. Mərasimdə Azərbaycan Respublikasına qarşı çıxış edənlər, müsəlmanlara qarşı təzyiqlərin olduğu iddia edib, vətəndaşları iğtişaşa təhrik edən bəyanatlar səsləndiriblər.

Tədbirdə, Azərbaycanda axtarışda olan və SEPAH-a sığınan cinayətkarlar, iranlı mollalar və təşkilat üzvləri iştirak ediblər.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib. O, 2022-ci ildə isə həbs olunaraq Azərbaycana ekstradisiya edilib.

Terrorçu aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada ölüb.

 





01.05.2025    çap et  çap et