Vaxt.Az

“Husilərə dəstəyin əvəzini ödəyəcəksiniz”


 

ABŞ müdafiə nazirindən İran haqda sərt sözlər

“Husilərə dəstəyin əvəzini ödəyəcəksiniz” ABŞ-ın müdafiə naziri Pit Heqset dünən İrana xəbərdarlıq edib ki, Yəməndəki Husi milislərinə verdiyi dəstəyin əvəzini ödəyəcək.

"İrana mesaj: Husilərə ölümcül dəstəyinizi görürük. Biz sizin nə etdiyinizi dəqiq bilirik. Siz Amerika ordusunun nəyə qadir olduğunu dəqiq bilirsiniz və sizə xəbərdarlıq edilib. Bunun əvəzini seçdiyimiz vaxt və yerdə ödəyəcəksiniz”, – Heqseth “X”də yazıb.

İran lideri Xameneyi daha əvvəl demişdi ki, husi yaraqlıları öz qərarlarını müstəqil qəbul edirlər.

 





01.05.2025    çap et  çap et