Sənədli filmdə Papa Fransis və Skorsez arasında söhbətlər yer alacaq. Filmin yaradıcılarının dediyinə görə, sənədli filmdə Papanın kamera qarşısında son dərin müsahibəsi də olacaq.
Sənədli film İndoneziya, Qambiya və İtaliya gənclərinin proqramda iştirakını və qısametrajlı filmlər istehsal etməsini göstərəcək. Filmin nümayiş tarixi hələ açıqlanmayıb.
***
Skorsez bu illər ərzində dəfələrlə Papa Fransislə görüşüb və bu görüşlər 82 yaşlı rejissorun işinə işıq salıb.
Papa Fransis aprelin 21-də vəfat edəndə Skorsez onu “hər mənada qeyri-adi insan” kimi xatırlayırdı.
Məşhur rejissor "Mənim üçün itki çox dərindir – onu tanımaq mənə qismət olub və onun varlığı və istiliyi üçün darıxacam. Dünya üçün itki böyükdür. Amma o, özündən sonra bir işıq qoyub və o işıq heç vaxt sönməyəcək", – deyib.