Prezident Donald Tramp Konqresdən yeni sistem üçün maliyyə vəsaiti istəyəcəyini bəyan etdikdən sonra, Dafi kabinetin televiziya iclasında ABŞ-ın köhnələn hava hərəkətinə nəzarət infrastrukturu ilə bağlı yüksək narahatlığını dilə gətirib.
“Əgər biz tamamilə yeni bir sistem qurmasaq, uğursuzluqlar olacaq və insanlar həyatlarını itirəcəklər”, – Daffi deyib.
Nəqliyyat naziri aviadispetçerlərin “disket” və “köhnə kompüterlərdən” istifadə etdiyini və sistemlərin “mis naqillər” üzərində qurulduğunu bildirib. O, bəzi uçuşların ləngiməsi və ləğv edilməsini köhnə sistemin hava məkanından istifadə etməməsi ilə əlaqələndirib.
Donald Tramp, keçmiş Nəqliyyat naziri Pit Battiqiqi Bayden administrasiyası zamanı hava trafikini idarə edən qüllələri lazımi şəkildə təkmilləşdirməməkdə günahlandırıb.
“Bu Battiqiqi dəhşətli bir iş görüb. Onlar milyardlarla dollarları boşa xərcləyiblər. Hhətta üçüncü sinif şagirdi belə bunun işləməyəcəyini biləcək”, – deyib.
Federal Aviasiya İdarəsi (FAA) təhlükəsizlik və səmərəliliyi artırmaq məqsədi ilə hava hərəkətinin idarə edilməsini modernləşdirmək üçün illərdir işləyir. “NextGen” kimi tanınan proqram FAA-nın qarşılamalı olduğu xüsusi mərhələlərə malikdir, lakin onun həyata keçirilməsi ləng olub.
Yavaş icra ilə yanaşı, FAA həmçinin hava hərəkəti dispetçerlərinin işə götürülməsi və saxlanmasında problemlərlə üzləşib.
FAA-da problemlər yanvar ayında kommersiya təyyarəsinin “Black Hawk” helikopterinə çırpılması və hər iki hava gəmisində olan 67 nəfərin hamısının həlak olmasından sonra güclənib.
"Sistemimiz təhlükəsizdir, lakin biz ümid edirdik ki, kimsə DCA-ya gələn sabit qanadlı təyyarələr və helikopterlərdə problem olduğunu görəcək”, – Daffi deyib.
Tramp, yeni sistemin ölümcül qəzanın qarşısını alacağını bildirib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının ilkin araşdırmaları qəzaya bir neçə amilin, o cümlədən vertolyotu və təyyarəni yalnız bir aviadispetçerin idarə etməsi faktını göstərir.
Daffi, dünyanın həsəd aparacağı tamamilə yeni bir sistemin maliyyələşdirilməsi üçün Konqresin köməyinə ehtiyac olacağını söyləyib.