Melanoma dəri xərçənginin ən ölümcül növlərindən biridir və yalnız beş günəş yanığı xəstəliyin inkişaf riskini iki dəfə artırır. “Melanoma Focus” xeyriyyə təşkilatının araşdırması 18-32 yaş arası gənclərin ən riskli qrup olduğunu açıqlayıb. Gənclərin 65 faizi ən azı ildə bir dəfə yanır.
Sorğunun nəticələri də eyni dərəcədə təəccüblüdür. Məlum olub ki, insanların üçdə biri isti havalarda günəş kremindən istifadə etmir, hər 10 nəfərdən biri isə ümumiyyətlə istifadə etmir. Kişilərin 42 faizi ümumiyyətlə günəş kremindən istifadə etmir.
Melanoma diaqnozu haqqında danışan 32 yaşlı Hanna Loveru, yeniyetməlik dövründə tez-tez günəş yanığından əziyyət çəkdiyini və bu müddət ərzində günəşdən qoruyucu istifadə etmədiyini söylədi. "Sadəcə qaralmaq üçün buna dəyməz", – Loveri deyib.
Bildirilib ki, hər 41 qadından birində və 35 kişidən birində melanoma diaqnozu qoyulub. Ekspertlər isə bununla bağlı bəzi xəbərdarlıqlar edir və məsləhətlər verir. Bunlara – kölgə seçmək, şapka taxmaq, 30+ SPF günəş kremindən istifadə etmək və günün ən isti saatlarında günəşdən qaçmaq daxildir.