“Şimali Koreya hökuməti keçmişdə ABŞ vətəndaşlarına qarşı özbaşına ölkəyə giriş-çıxış qadağaları, deportasiyalar, həbslər və oxşar təcrübələrlə məşğul olub. ABŞ hökuməti saxlanılan vətəndaşların azadlığa buraxılmasına zəmanət verə bilməz”, – bəyanatda deyilir.
***
ABŞ-ın Pxenyanda diplomatik nümayəndəliyi olmadığı üçün vətəndaşlara birbaşa dəstək göstərilə bilməz. Bu zaman İsveç səfirliyi ABŞ-ın qoruyucu qüvvəsi kimi işə qarışır. Bununla belə, ABŞ səlahiyyətliləri bu dolayı təmsilçiliyin qeyri-kafi ola biləcəyini bildirir və “sizin təhlükəsizliyiniz təmin olunmur” mesajını verir.
Digər tərəfdən, yeni qərarla Şimali Koreyada ABŞ pasportlarının istifadəsi də ciddi şəkildə məhdudlaşdırılıb. Nazirlik xüsusi icazə alınmadığı təqdirdə pasportların ölkəyə giriş, tranzit və ya səyahət üçün etibarlı olmayacağını açıqlayıb.