Vaxt.Az

BMT-dən çağırış


 

Təşkilat evlərinə qayıdan suriyalıların sayını açıqladı

BMT-dən çağırış Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalının öz evlərinə qayıtdığını bildirib.

Sosial mediada yayımlanan paylaşımda “1,4 milyondan çox suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkünlükdən sonra öz evlərinə qayıdır.”

Paylaşımda suriyalılar üçün ümidin olduğu, lakin onlar üçün həyatlarını bərpa etməyin asan olmadığı vurğulanıb.

O, həmçinin Suriyalıların sığınacaq, sağlamlıq, təhsil və dolanışıq kimi bir çox sahədə dəstəyə ehtiyacı olduğunu qeyd edərək, ailələrin həyatlarını yenidən başlatmasına kömək etmək üçün səylərə dəstək çağırışı edib.

 





01.05.2025    çap et  çap et