Vaxt.Az

Distant təhsil müəmması


 

Hökumət universitetlərin irəli getməsini niyə istəmir?

Distant təhsil müəmması Elə problemlər, elə məsələlər olub ki, həm qısa müddət, həm də uzun illər həlli mümkün olmayıb. Amma çoxunun səbəbləri bəlli olub.

Məsələn, 2000-ci illərin əvvəli o zamankı rabitə naziri bir əmr imzalayaraq internetə senzura tətbiq etmişdi. Biz 2 il məhkəmələrdə onunla vuruşduq. Nəhayətdə 3 ildən sonra həmin əmr ləğv edildi.

20-30 il texnoloji ixtisaslara qəbul olmaq istəyənlər, 10 il informatika fənni mənimsəməyinə baxmayaraq informatika əvəzinə kimyadan qəbul  imtahanı verib. Məhz bu amil ölkədə rəqəmsal transformasiyanı xeyli ləngidən amillərdən olub. Nəhayət, uzun illər aparılan mübarizədən sonra,  2 il öncə bu problem də həllini tapıb.

Amma tam səmimi deyim, 20 ildir hökumətin  DİSTANT TƏHSİL formasına qoyduğu qadağanın mahiyyəti şəxsən bizə məlum deyil. Bilmirəm ki, hökumətin burada məqsədi nədir. Yalnız ehtimallarım var.

Nə üçün irəli getmək istəyən, bura investisiya yatıran, imkanı olan universitetləri arxadan tutub zorla saxlayırlar, anlamaq çox çətindir.

Amma qonşu ölkələrin, dünyanın universitetləri bu təhsil formasını tanıyır, xidmət verir və bundan da milyonlar qazanır və inkişaf edirlər, rəqabətə də davamlı olurlar.

Amma bizim hökumət distant təhsil forması ilə diplom alanların diplomlarını tanımaqdan imtina edir.

İndi də baxıram ki, hökumət haçandan-haçana, nəhayət ki,  “distant təhsil standartı” qəbul edib.

Ümid edirəm bu təhsil forması ilə qəbul elanı vermək də uzun çəkməz.

 





02.05.2025    çap et  çap et