Vaxt.Az

Birinci xanıma daha bir mükafat


 

Mehriban Əliyeva «Kybele-2014» Şərəf ödülü ilə təltif edilib

Birinci xanıma daha bir mükafat Alman-Türk Dostluq Federasiyası tərəfindən 13 ildir həyata keçirilən «Kybele-2014» mükafatının qalibləri açıqlanıb.

AzVision.az-ın məlumatına görə, bu il «Kybele-2014» Şərəf Mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim ediləcək. Mükafatın birinci xanıma yaxın günlərdə Bakıda keçiriləcək tədbirdə təqdim olunması gözlənilir.

Alman-Türk Dostluq Federasiyasının sədri Cihan Sendan bildirib ki, mükafatın Mehriban Əliyevaya verilməsinin səbəbi, birinci xanımın illərdir ki, bir çox faydalı layihələrə imza atması olub.

 





23.04.2014    çap et  çap et