Vaxt.Az

Meşə yanğınları İsraili qovurur


 

Təbii fəlakət Tel-Əvivə milyonlarla dollar ziyan vurub

Meşə yanğınları İsraili qovurur İsraildə baş verən meşə yanğınları ölkədə ciddi problemlər yaradıb.

Baş nazir Benyamin Netanyahu ötən gün Yerusəlim bölgəsində baş verən onilliklərin ən pis yanğını səbəbindən milli fövqəladə vəziyyət elan edib. Meşə yanğınlarının şəhərə də çata biləcəyi ilə bağlı xəbərdarlıq edən Netanyahu yanğında şübhəli bilinən 18 nəfərin saxlanıldığını bildirib.

11 məntəqədə davam edən yanğınları nəzarət altına almaq üçün 163 yanğınsöndürmə briqadası və 12 təyyarə işləyir, əsgərlər də köməyə cəlb olunub.

23 nəfərin yüngül xəsarət aldığı bildirilsə də, yanğının təxmini dəyərinin yüz milyonlarla şekelə (İsrail valyutası) çatacağı gözlənilir. Xorvatiya, İtaliya, Fransa və Cənubi Kipr Yunan Administrasiyasının yanğının söndürülməsinə dəstək üçün İsrailə təyyarə göndərdiyi bildirilib.

 





02.05.2025    çap et  çap et